Polis əməkdaşları Cəlilabadda ağacəkmə kampaniyası keçiriblər

22.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Cəlilabad, 22 noyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçilmiş ərazidə polis əməkdaşları yerli iqlimə uyğunlaşdırılmış şam tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Məqsəd yaşıllıqların artırılması, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью