Polis əməkdaşları yanğın baş verən əraziyə cəlb olundular

28.11.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью