Polis əməliyyat keçirdi: 24 nəfər SAXLANILIB

27.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.

Milli.Az xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью