Polis əməliyyat keçirdi 50 kiloqram narkotik aşkarlandı

03.02.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də və 2-də ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 11,3 kiloqramdan artıq heroin, 30,9 kiloqramdan çox marixuana, 4,8 kiloqramdam artıq tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 80 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью