Polis əməliyyat keçirdi: Akif Məmmədov saxlanıldı

20.10.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, sentyabrın 25-i axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib. Toyuqlu pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью