Polis əməliyyat keçirdi: saxlanılan var

21.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb.

Yelmar Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью