Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub

03.02.2026

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 26 kq narkotik aşkarlanıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar. Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью