Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı VİDEO

22.01.2026

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadəni saxlayıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью