Polis etiraz edən təqaüdçüləri həbs edib

13.03.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları 150 nəfəri həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç “LN+” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nümayişlər zamanı 15 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, martın 12-də Argentina paytaxtının mərkəzində konqres binasının yaxınlığında etiraz aksiyası keçirilib. Burada yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən təqaüdçülərlə yanaşı, onlara dəstək olmaq üçün gələn futbolsevərlər də iştirak edib. Meydanda və ətraf küçələrdə toplaşan iki minə yaxın insan təqaüdlərin azlığından və yaşayışın bahalığından narazılıqlarını bildiriblər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью