Polis evdən məlumatsız gedənləri tapıb

24.07.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İyulun 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Həmin gün əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью