Polis generalmayoru təqaüdə GÖNDƏRİLDİ Vilayət Eyvazov əmr imzaladı

09.01.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, general-mayor Novruz Novruzov işdən çıxarılıb.

Avtosfer.az-ın “Bizim.Media”ya istinadən məlumatına görə, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayor Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Novruz Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью