Polis Günündə də post başında Bakının küçələrindən diqqətçəkən FOTOTLAR

02.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycanda Polis Günü qeyd olunur. Milli polisin yaradılmasının 108-ci ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda xidmət başında olan polis əməkdaşlarının fəaliyyəti diqqət mərkəzində olub.

BAKU.WS-in məlumatına görə, Asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və vətəndaşların rahatlığının keşiyində dayanan polis əməkdaşları gündəlik xidmətlərini bayram günündə də davam etdiriblər. Şəhərin müxtəlif küçə və prospektlərində xidmət aparan polis əməkdaşlarının fəaliyyəti lentə alınıb.

Polis Günü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik edib. Nazir təbrikində Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsi, qanunçuluğun və ictimai asayişin təmin olunmasında mühüm rol oynadığını vurğulayaraq şəxsi heyətə xidmətdə yeni uğurlar arzulayıb.

Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk polis orqanlarının yaradılması ilə bağlıdır.

Qalereya

FOTO: Təranə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью