Polis ictimai asayişin təmini üçün təhlükəsizlik tədbirləri görür VİDEO

30.12.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər. Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq. Bayramınız təhlükəsiz keçsin!", DİN-in məlumatında deyilir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью