Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Londonun Notting Hill rayonunda ikigünlük Afro-Karib karnavalının sonunda polis 420-dən çox adamı saxlayıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, şənlik zamanı düşən davada iki nəfər bıçaqlanıb.
“Notting Hill karnavalının ilk iki günü ərzində 423 iştirakçı həbs edilib”, - polisin açıqlamasında deyilir. Bununla belə, hüquq-mühafizə orqanları əvvəlki illərlə müqayisədə bu il ciddi zorakılığın səviyyəsinin xeyli aşağı düşdüyünü qeyd ediblər.
Tədbirdə təhlükəsizliyi təmin etmək üçün 7 mindən çox polis əməkdaşı cəlb olunub.
V. QULİYEV