Polis kart dələduzları ilə bağlı xəbərdarlıq edib

06.10.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməlidir:
"Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin".
"Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın",- deyə məlumatda qeyd edilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью