Polis Lənkəranda iki nəfəri ələ keçirdi SƏBƏB FOTO | Icma.az
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Əbdülov saxlanılıblar.Bizim.Media xəbər verir ki, həmin şəxslərdən ümumilikdə 18 kiloqramdan artıq marixuana, heroin, tiryək, metamfetamin, 427 ədəd psixotrop tərkibli həb və 5 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxslərin narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşlarından deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu