Polis məşhur memar Turqut Toydemiri güllələyib

20.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbulda polis əməkdaşı yolda mübahisə etdiyi sürücünü saxlamaq istəyib. Mübahisə böyüyərkən polis əməkdaşı digər avtomobilə atəş açıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, sürücü ağır yaralanarkən, polisin güllələdiyi şəxsin 86 yaşlı memar Turqut Toydemir olduğu üzə çıxıb.

Toydemirin səhhətinin ağır olaraq qaldığı öyrənilib.

Polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью