Polis nəfəri avtoqəzada həyatını itirib

15.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью