Polis Oğuzda əməliyyat keçirdi Saxlanılanlar var + FOTO KONKRET

08.02.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib

Bildirilib ki, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью