Polis parkda ukraynalı yeniyetmənin cəsədini tapıb

27.03.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İspaniyada polis bir neçə gün öncə itkin düşmüş 13 yaşlı ukraynalı uşağın cəsədini parkda tapıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.

“Polis Badaxosda bazar günü itkin düşən 13 yaşlı oğlanın cəsədinin tapıldığını təsdiqləyib”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, oğlanın anası polisə bildirib ki, o, martın 23-də saat 17:30 radələrində gəzintiyə çıxıb və geri qayıtmayıb.

Ölümün səbəbləri və şəraiti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью