Polis postuna hücumu Ukrayna təşkil edib Kadırov

09.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi postuna hücumun təşkilinə Ukrayna vətəndaşı rəhbərlik edib.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.

"Onun hərəkətlərini yönləndirən şəxslərin də şəxsiyyəti müəyyənləşib. Onların bəziləri Türkiyədədir və addımlarını Ukrayna vətəndaşı yönəldir. Biz onların hər birinə sərt cavab verəcəyik”, - Kadırov bildirib.

Qeyd edək ki, aprelin 7-də Açxoy-Martan şəhərində bir nəfər polis əməkdaşlarına bıçaqlı hücum edib. Hücum nəticəsində yaralananlar olub, bir polis əməkdaşı isə ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью