Icma.az bildirir, Bizim media portalına istinadən.
Türkiyədə, Qars Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb, fahişəliyə məcbur edilən 21 qadın xilas edilib. Onlardan 18-i xarici, 3-ü isə türk vətəndaşıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
Əməliyyat zamanı 1 lisenziyasız tapança, 17 patron, 72 min TL və 400 avro, 45 mobil telefon və digər materiallar müsadirə olunub. Saxlanılan 12 şübhəli həbs olunaraq həbsxanaya göndərilib.
Xilas edilən qadınlardan xarici vətəndaşlar deportasiya üçün aidiyyəti qurumlara təhvil verilib, türk vətəndaşlarının ifadəsi alınıb. Polis əməliyyatın davam edəcəyini və ictimai təhlükəsizliyin qorunacağını bildirib.

Bizim.Media