Polis qəzada həlak oldu

15.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью