Polis Saatlıda əməliyyat keçirdi: Üç nəfər saxlanıldı FOTO

27.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar. 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb. 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью