Polis Sabirabadda əməliyyat keçirdi: TUTULAN VAR FOTO

21.01.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əliş Hüseynovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan satış məqsədilə əldə etdiyi, ümumilikdə, 1 kiloqrama yaxın narkotik vasitələr olan metamfetamin, marixuana və psixotrop tərkibli həblər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью