Polis Sabunçuda əməliyyat keçirdi: 14 kq narkotik aşkarlandı

13.03.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.

Paytaxtın Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər -  R.Həsənov,  Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.

Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью