Polis Sabunçuda əməliyyat keçirdi: 8 nəfər saxlanıldı FOTO

29.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.



Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью