Polis sakinlərdən ötən gün 18 avtomat və 3 tapança götürüb

22.03.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью