Polis sentyabrın 10 da 61 cinayətin üstünü açıb

11.09.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib.

Axtarışda olan ümumilikdə 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 136-sı borclu şəxs qismində axtarışda olub.

Hesabat dövründə narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər də saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью