Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng aşkar ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə daha 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülübr.
DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.