Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılan var FOTO

21.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Elmin Həsənzadə saxlanılıb.
Onun üzərindən satış məqsədilə kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Həsənzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью