Polis Siyəzəndə 14 nəfəri niyə saxladı? TƏFƏRRÜATLAR

05.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 14 nəfər saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi silsilə tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. pizza

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью