Lent az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə polis şöbəsində ölüm hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adıyaman rayonunda qeydə alınıb.
Oğurluğa görə saxlanılan 32 yaşlı Mustafa Uğur iddialara görə, şöbənin inzibati binasının 2-ci mərtəbəsindən yıxılıb. Xəstəxanaya aparılan yaralı orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.