Polis sosial şəbəkələrdə yayılan insident görüntüləri ilə bağlı açıqlama yaydı

09.06.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər, sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib.

Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью