Polis süni intellektlə bağlı xəbərdarlıq etdi

28.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью