Polis “tarakanlar”ın aksiyasına dəyənəklə müdaxilə etdi

20.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Hindistanda “Tarakan Partiyası” adlı hərəkatın keçirdiyi aksiya polis müdaxiləsi ilə qarşılaşıb.

"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, paytaxt Dehlidə “Tarakan Partiyası” müxtəlif sosial problemlərə diqqət çəkmək və bəzi nazirlərin istefasını tələb etmək məqsədilə yürüş təşkil etməyə çalışıb.

Polis aksiyaya müdaxilə edib və etirazçıları dəyənəklə döyüb. Toyuqlu pizza

“Tarakan Partiyası” son aylarda əsasən gənclər arasında populyarlıq qazanıb. Hərəkatın üzvlərinin əksəriyyətinin 18-22 yaş arasındadır.

Hərəkat ilk vaxtlar yalnız internet vasitəsilə fəaliyyət göstərib və əsasən "TikTok" və "İnstagram" vasitəsilə tərəfdar toplayıb. Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan bu qrupun gənclər arasında sürətlə rəğbət toplayır.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью