Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə etirazçıları parlament binasından
APA xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumata görə etirazçıları dağılışmağa səsləyən xəbərdarlıq sirenası səslənir.
Xüsusi təyinatlılar Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına üç tərəfdən yaxınlaşaraq, onları yarımmühasirəyə alıblar.
Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edir.
*** 20:42 Gürcüstanın paytaxtı Tbilisidə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.
APA xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir.
Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.