Polis təqibi avtoqəzaya səbəb oldu: 2 ölü, 7 yaralı

06.06.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyanın Pyontek şəhərində "Tesla" markalı avtomobili və şəhərlərarası avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "JoongAng Daily" qəzeti məlumat yayıb.

Toqquşma nəticəsində "Tesla"nın sürücüsü və avtomobildəki sərnişin həlak olub.

Eyni zamanda, avtobusda olan 6 nəfər, o cümlədən sürücüsü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, qəzadan bir qədər əvvəl "Tesla"nın sürücüsü hadisə yerindən təxminən 2,7 kilometr aralıda yerləşən polis postunda dayanmayıb və qaçmağa cəhd edib. İstintaq ehtimal edir ki, qəza anında avtomobil sürət həddini əhəmiyyətli dərəcədə aşıb.

Qəzanın təfərrüatları aydınlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью