Polis tərəfindən qanunsuz saxlanılan odlu silahsursat aşkar olunaraq götürülüb

01.01.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью