Icma.az bildirir, Bakupost portalına istinadən. Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planlaşdırılan toy mərasimi
Erkən nikaha cəlb olunan Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı qızın ailəsinə baş çəkdik.
Qız evi hər şeyi inkar etsə də, oğlan evində başqa mənzərə ilə üzləşdik.
Toy mərasimi ötən gün keçirilsə də, toyun izləri - qab-qaşıq, ocaqda qazan və sair gözümüzdən yayınmadı.
Elə toyu olan bəyin anası da olanları təsdiq etdi. Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib.Ananın söz
Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi.
Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis keçirdik.
Toy təzə başlayanda polislər bizə məlumat verdilər, məclisi dayandırdıq, hamı dağılışdı", - deyə o söyləyib.Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.Hər iki ailə nəzarətdə saxlanır.