Polis təxliyə zonalarında 68 nəfəri saxlayıb Həmin şəxslərdən 10u oğurluqda şübhəli bilinir

13.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Kaliforniyada yanğınlarla əlaqədar polis təxliyənin həyata keçirildiyi ərazilərdə ən azı 68 nəfəri saxlayıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı polisin məlumatına istinadən xəbər verib.

Onlardan 29 nəfəri Los-Anceles dairəsində, 39 nəfəri isə Santa-Monikada saxlanılıb. Həmin şəxslərdən 10-u oğurluqda şübhəli bilinir.

Daha əvvəl verilən məlumata görə, talançılıq hallarının artması fonunda polis əməkdaşları yanğından zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью