Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Axtarışda olan şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nasib Qara oğlu Həsənov istintaqa təhvil verilib.
O Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.