Polis xeyli silah sursat ələ keçirib

14.07.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.infonun xəbərinə  görə, bu barədə DİN-nin Mətbuat Xidmətinin yaydığı açıqlamada deyilir.

“İyulun 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 7 qumbara, 5 alışdırıcı, 3 tüfəng, 22 patron darağı və 170 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью