Polis xüsusitəyinatlılarına “amfetamin” verilib Zurabişvili

03.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan Prezidenti Salome Zurabişvili aksiyalara müdaxilə edən polis xüsusitəyinatlılarının narkotik vasitələrin təsiri altında olduğunu iddia edib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Zurabişvili bu barədə Fransa mətbuatına açıqlamasında bildirib. O, xüsusitəyinatlıların artıq 5-ci gecədir ki, aksiyaları qəddarcasına dağıtdığını, onlara “amfetamin” verildiyini deyib.

“Bu gün biz narkotik vasitələrin təsiri altında olan xüsusitəyinatlılar tərəfindən həyata keçirilən Rusiya repressiyasına şahid oluruq. Onların qəddarlığı bunu göstərir. Onlara müqavimətli olmaları üçün “amfetamin” ya da başqa bir maddə verilir, çünki artıq beşinci gündür ki, bu davam edir”, - Zurabişvili bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью