Icma.az bildirir, 525.az portalına istinadən.
Türkiyənin Amasya şəhərində polis yol kənarında yoxlama apararkən yük maşınının qoşqusunda 17 şəxsin gizləndiyini aşkarlayıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin 18-30 yaş arasında qeyri-qanuni mühacirlər – Əfqanıstan vətəndaşları olduğu müəyyənləşib.
Barmaq izi alındıqdan sonra qeyri-qanuni mühacirlər deportasiya olunmaq üçün miqrasiya idarəsinə təhvil verilib.
Sürücü Z.A. nəzarətə götürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
İsgəndər Həsənov