Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

09.06.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi bu gün, paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb. AZXEBER.COM xəbər verir ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью