Polisdən Bakı və Sumqayıtda ƏMƏLİYYAT: Altı kilo narkotik aşkarlandı

05.05.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Daxil olan məlumat əsasında Bakı və Sumqayıt şəhərlərində keçirilən əməliyyat nəticəsində 34 yaşlı M.Rəhimov, 25 yaşlı F.Hüseynzadə və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 27 yaşlı Ə.Atakişiyev saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və 22 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanaraq götürülüb.

Araşdırma aparılır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью