Polisdən qaçan sürücü dayanacaqdakı maşınlara çırpıldı VİDEO

07.10.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol polisindən qaçan sürücü ağır qəza törədib.

Hadisə şahidlərinin Globalinfo.az saytına bildirdiklərinə görə, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında Məhəmməd Hadi küçəsi ilə

Ukrayna dairəsi istiqamətində hərəkət edərkən idarəetməni itirən sürücü avtomobilini dayanacaqda park halında olan iki maşına çırpıb.

Avtomobillər yararsız hala düşüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью