Polisdən qaçan sürücü qəza törətdi: 3 avtomobilə zərər vurdu VİDEO

30.09.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobilini texniki baxışdan keçirməyən sürücü polisdən qaçarkən qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Məlumata görə, Esenyurt rayonunda ərazidə xidmət aparan yol polisi əməkdaşları avtomobilini texniki baxışdan keçirməyən sürücüyə “Saxla” əmrini veriblər. Lakin sürücü polisin əmrinə tabe olmayaraq qaçmağa başlayıb. Bir müddət yaşanan qovdu-qaçdı zamanı sürücü 3 avtomobillə toqquşduqdan sonra dayanıb və saxlanılıb. Qəza nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə zərər dəyib.

Polis bölməsinə aparılan sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью