Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Qayda pozub polisdən qaçan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Yaponiyada baş verən hadisə kameraya düşüb. Belə ki, paytaxt Tokionun Suginami şəhərində yol hərəkəti qaydalarını pozan sürücüyə yol polisi əməkdaşları “Saxla” əmri veriblər. Lakin əmrə tabe olmayan sürücü qaçmağa üstünlük verib və yüksək sürətlə idarə etdiyi avtomobili eyni istiqamətdə hərəkətdə olan yolsuzluq avtomobilinə arxadan çırpıb. Zərbənin təsirində minik avtomobili çevrilərək aşıb. Sürücü və sərnişin aşan avtomobildən çıxaraq qaçıblar.
Qəza nəticəsində zərbəyə məruz qalan nəqliyyat vasitəsindəki şəxs yüngül xəsarətlər alıb.
Hazırda polis qayda pozub qəza törədərək qaçan şəxsləri axtarır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 4